Moldova prezidenti Maia Sandu Rumıniya ilə birləşmə məsələsinin bu ilin oktyabrında keçirilməsi planlaşdırılan Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə referenduma çıxarılmasının mümkünlüyü ilə bağlı ekspert açıqlamalarını təkzib edib.

İqtisadiyyat.az xəbər verir ki, Sandu deyib:

"Xeyr, bu, Avropaya inteqrasiya məsələsidir. Birləşmək məsələsi yox. Nöqtə".

Qeyd edək ki, ötən ilin sonunda Sandu vətəndaşların ölkənin Aİ-yə daxil olması ilə bağlı fikirlərini bildirə bilməsi üçün referendum təşkil etməyi təklif edib. Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyasının üstünlük təşkil etdiyi parlament seçki məcəlləsinə parlament və prezident seçkiləri günü respublika referendumunun keçirilməsinə icazə verən dəyişiklikləri təsdiqləyib.