"Moldova hökumətinin əməkdaşlıq etdiyi beynəlxalq audit şirkəti ölkənin "Qazprom"a 800 milyon dollar məbləğində borcunu müəyyən etməyib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Moldova prezidenti Maia Sandu bildirib.

Prezidentin sözlərinə görə, Moldova hakimiyyəti "Qazprom"a borcun ödənilməsi ilə bağlı öhdəliyin imzalanması təklifini rədd edib və ölkə bununla razılaşa bilməz: "Düşünürəm ki, biz düzgün iş gördük".