Şamaxının Çıraqlı kəndi kənd rayon mərkəzindən 18 kilometr aralıda yerləşir.

İqtisadiyyat.az xəbər verir ki, əvvəllər qonşu qəsəbədən kəndə su xətti çəkilsə də, illər ötdükcə borular yararsız vəziyyətə düşdüyündən suyun verilməsi dayandırılıb.

Sakinlərin sözlərinə görə, şəxsi avtomobili olanlar suyu qonşu kəndlərdəki bulaqlardan gətirirlər, avtomobili olmayanlar isə almaq məcburiyyətində qalırlar.

Bu da maddi baxımdan onlara baha başa gəlir. Sakinlər bildiriblər ki, aylıq qazanclarının böyük hissəsi elə su almaq üçün sərf olunur.

Məsələ ilə bağlı Şamaxı rayonun Sabir Bələdiyəsinin sədri Elşən Dəmirov bildirib ki, Çıraqlı kəndində içməli suyun olmaması barədə aidiyyəti orqanlara və “Azərsu”ya müraciət edilib:

“Çıraqlı kəndinin layihəsi hazırlanıb, yaxın aylarda kəndə su xətti çəkiləcək”.

Daha ətraflı süjetdə: