Şahruddin Məhəmmədəliyevin “Adana Dəmirspor”dan ayrılma səbəbi müəyyənləşib.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, problem klubdan qaynaqlanıb.

Belə ki, Adana təmsilçisi mövsümboyu maliyyə problemləri yaşadığı üçün yay fasiləsi yaranan kimi, bir neçə oyunçu ayrılmaq qərarına gəlib. Azərbaycan millisinin qolkiperinin analoji addımı da eyni səbəbdən olub. Nəticədə 30 yaşlı qapıçı “Adana Dəmirspor”la 2025-ci ilin yayına qədər olan müqaviləsinə təktərəfli xitam verib.

Qeyd edək ki, Məhəmmədəliyevin ötən il “Qarabağ”dan 900 min avro qarşılığında “Adana Dəmirspor”a keçdiyi vurğulanıb.