“Başa çatmaqda olan 2020-ci il Azərbaycan tarixinin mühüm bir dövrünü təşkil edir. Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyub”.

Bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, ölkə həyatında müşahidə olunan reallıqlar 2021-ci ilin dövlət büdcəsinin formalaşmasına təsir göstərməyə bilməzdi: “Bu, dövlət büdcəsində özünü əks etdirir. 2021-ci ilin dövlət büdcəsinin əsas prioritetləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasıdır”.report