Rusiyanın Ural nefti sentyabrda G7 ölkələrinin tətbiq etdiyi tavan qiymətindən yuxarı, orta hesabla 83 dollar/barel qiymətə satılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd edilib ki, sentyabrda aparılan monitorinq dövründə Brent markalı neftin orta barel qiyməti 93,9 dollar olub.

Açıqlamada əlavə olunub ki, sözügedən dövrdə Ural neftinin bir barreli orta hesabla 83 dollara satılıb.

Beləliklə, Ural nefti 2022-ci ilin dekabrında G7 ölkələrinin Rusiya nefti üçün tətbiq etdiyi 60 dollar/barel tavan qiymətindən yuxarı satılmağa davam edib.