"Rusiyanın Ukraynanın Odessa vilayətində gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumda liman infrastrukturuna və inzibati binaya ziyan dəyib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Odessa vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper sosial media hesabından bildirib.

Onun sözlərinə görə, Rusiya bölgənin cənubundakı İzmail rayonuna gecə 3 saat ərzində hücum edib. Bu, son 5 gündə rayona edilən dördüncü hücumdur.

 

Gözəl Həşimova