Rusiyanın büdcə kəsiri bu ilin yanvar-sentyabr aylarında azalaraq 1,7 trilyon rubl (təxminən 16,9 milyard dollar) təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin məlumatında deyilir.

Büdcə kəsirinin azalmasına səbəb xam neftin bahalaşması və rublun ucuzlaşması olub. Hesabat dövründə ölkənin büdcə gəlirləri 19,7 trilyon rubl, büdcə xərcləri isə 21,4 trilyon rubl səviyyəsində olub.

Bu dövrdə ölkənin neft və təbii qaz gəlirləri 34,5% azalaraq 5,5 trilyon rubl təşkil edib.

 

Gözəl Həşimova