Ukrayna ordusu Rusiyanın Bryansk vilayətini atəşə tutub.

İqtisadiyyat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz bildirib.

Krasnıy Bor qəsəbəsindəki bəzi yaşayış və inzibati binalara zərbələr endirilib. Nəticədə bir dinc sakin yaralanıb.

Qubernatorun sözlərinə görə, əraziyə polis və xilasetmə qüvvələri cəlb olunub.