Rusiya Ukraynanın Zaporojya şəhərində yerləşən otelə raket zərbəsi endirib. 

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Ukrayna rəsmiləri ötən gün axşam saatlarında Zaporojyada Dnepr çayı sahilində yerləşən "Reikartz" otelinin Rusiya tərəfindən raketlə vurulması barədə məlumat yayıblar. 

Məlumata görə, hücum yerli vaxtla saat 19:20-də “İsgəndər” raketi ilə həyata keçirilib. 

Bu hücumla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski "Zaporojya şəhəri hər gün Rusiyanın bombardmanından əziyyət çəkir", deyə qeyd edib. 

Gülşən Şərif