Rusiyadan taxıl ixracı dekabrın 4-nə 62,5 milyon ton təşkil edib ki, bu da ötən illə müqayisədə 1,5 dəfə çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, bu il 140 milyon tondan çox taxıl yığımı planlaşdırılır.

Xatırladaq ki, Azərbaycana bu ilin yanvar-oktyabr aylarında 247,3 milyon ABŞ dolları dəyərində 949,2 min ton buğda idxal edilib.

 

Gözəl Həşimova