Rusiyanın Yekaterinburq şəhərində ticarət mərkəzlərindən birində güclü yanğın baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə nümayəndəliyi məlumat yayıb. 

Məlumata görə, əraziyə 13 ədəd xüsusi texnika və 43 canlı qüvvə cəlb olunub. İki min insan, o cümlədən yüzdən çox uşaq ticarət mərkəzindən təxliyə edilib. 

Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.