Rusiyanın Kalininqrad vilayətində təlim uçuşu zamanı Su-30 qırıcı təyyarəsinin sıradan çıxması nəticəsində 2 pilot həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi İdarəsi məlumat yayıb. 

Məlumata görə, Kalininqradda təlim uçuşu həyata keçirən qırıcının qəzaya uğraması nəticəsində təyyarədə olan iki pilot ölüb.

İlkin məlumatda qəzaya texniki nasazlıqlar səbəb göstərilib. 

Qeyd edək ki, Rusiyanın Avropa ərazisi kimi tanınan Kalininqrad Baltik dənizində NATO üzvləri olan Polşa və Litva arasında yerləşir.

Rusiya ordusu Ukraynadakı döyüşlərdə Su-30 döyüş təyyarəsindən geniş istifadə edir.