Qarşıdan gələn seçkilərdə Rusiya Federasiyasında prezidentliyə namizədlərin sayı artıq 29-a çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova məlumat verib.

Onun sözlərinə görə, namizədlərin irəli sürülməsi prosesinin başlanması ilə əlaqədar Mərkəzi Seçki Komissiyası qrafikdən kənar iclaslar keçirəcək. Növbəti iclaslar dekabrın 27 və 29-na təyin edilib.

 

Gözəl Həşimova