Rusiya prezidenti Vladimir Putin iri şirkətlər üçün artıq mənfəətə görə 10% vergi tətbiq edən qanunu imzalayıb. 

İqtisadiyyat.az xəbər verir ki, sənəd artıq hüquqi informasiyaların yayımlandığı rəsmi saytda dərc olunub.

Qanun layihəsi 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Vergi 28 yanvar 2024-cü ilə qədər ödənilməlidir. O, federal büdcəyə ayrılacaq və birdəfəlik olacaq. Vergidən 300 milyard rubl (3,12 milyard dollar) gəlir əldə edəcəyi gözlənilir.

Neft-qaz sənayesi, eləcə də kömür hasilatı şirkətləri, habelə kiçik və orta sahibkarlıq subyektləri, vahid kənd təsərrüfatı vergisini ödəyən təşkilatlar, 2021-ci il yanvarın 1-dən sonra yaradılmış Rusiya təşkilatları və 2021-ci il yanvarın 1-dən sonra daimi nümayəndəliklər vasitəsilə Rusiyada fəaliyyətə başlayan xarici təşkilatlar qanun siyahısından istisna olunur.