Rusiyada ötən ay illik inflyasiya 7,72% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Statistika Xidməti məlumat yayıb.

Qeyd edilib ki, aylıq ifadədə isə istehlak qiymətləri 0,39% artıb.

Statistikaya əsasən, mart ayında ərzaq məhsulları fevral ayı ilə müqayisədə 0,17%, illik ifadədə isə 8,12% bahalaşıb. 2023-cü ilin mart ayı ilə müqayisədə qeyri-ərzaq məhsulları aylıq müqayisədə 0,27%, illik ifadədə isə 6,73% bahalaşıb. Xidmətlərin dəyəri 2024-cü ilin fevralına qədər 0,83%, illik ifadədə isə 8,3% artıb.