Rusiyanın paytaxtı Moskvada gübrə anbarında yanğın baş verdiyi açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Moskva Rayon Prokurorluğu açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Ramenskoye şəhərində gübrə anbarında olan plastik altlıqlar yanıb.

İlkin təsbitlərə əsasən yanğının qaynaq işləri aparılan zaman əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilib və yanğın sahəsinin 1800 kvadratmetr olduğu paylaşılıb.