"Ukrayna prezidenti Vladimir Zelenski mülki infrastruktura terror hücumları həyata keçirməklə Vaşinqtonu təhlükə qarşısında qoyur".

İqtisadiyyat.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Mariya Zaxarova açıqlamasında Ukraynanın Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumları dəyərləndirib:

"Zelenski mülki infrastrukturlara terror hücumları həyata keçirməklə Vaşinqtonu təhlükəyə atmaqdadır. ABŞ prezidenti Co Bayden "terrorun dövlət sponsoru" anlayışı ilə öz tələsinə düşür”.

Zaxarova qeyd edib ki, terror məsələsi indi daha çox Amerika liberalizmi ilə əlaqələndiriləcək.