"Avropa İttifaqının (Aİ) Ermənistanın NATO-ya üzv olmasının zəruriliyi ilə bağlı bildirdiyi fikirlər "böyük fantaziyalardır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

Qruşko vurğulayıb ki, Rusiya və Ermənistan hərbi-siyasi əməkdaşlığı daha gücləndirəcəklər: "Ermənistan bizim müttəfiqimizdir və təhlükəsizlik sahəsində biz bir-birimizə güvənirik. Və mən əminəm ki, bu sabitlik bizim ikitərəfli münasibətlərimizdə gələcək illər üçün həlledici olacaq".

Qeyd edək ki, bazar ertəsi NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlinger bəyan edib ki, Ermənistan Şimali Atlantika Alyansına qoşulmalıdır. Həmin gün Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib ki, ölkə NATO ilə müxtəlif formatlarda əməkdaşlıq edir və bu prosesi davam etdirməyə hazırdır.