Ukrayna qoşunlarının Rabotino yaxınlığında irəliləməsinin qarşısını almaq üçün Rusiya ordusu əks hücuma keçib. 

İqtisadiyyat.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, əsas döyüşlər Rabotinonu Verbhovoe ilə birləşdirən yola nəzarət etmək uğrunda gedir. 

Ukraynanın 47-ci briqadasının tağım komandirinin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Rabotinodan Verbovoyeyə qədər olan minalanmış yolu inadla müdafiə edir. Əgər ukraynalılar bu ərazini nəzarətə götürə və ya minalanmış ərazilərdən yan keçə bilsələr, onların hərəkəti Qara dəniz sahilinə qədər yönələ bilər.

 

Eyni zamanda, Rusiya yaxınlıqda yerləşən Tokmokda müdafiə xəttini gücləndirir. Nəşr yazır ki, Ukrayna tərəfi qışda və gələn il də hərbi əməliyyatları davam etdirəcək. Ukrayna hərbi rəhbərliyi etiraf edir ki, onlar Rusiyaya müdafiə strukturları qurmağa icazə verməklə strateji səhvə yol veriblər. Bu səbəbdən əks-hücum əməliyyatlarının sürəti gözlənildiyi kimi deyil. Buna baxmayaraq Ukrayna ordusun əks-hücum əməliyyatına fasilə verilməyib. İndi onlar üçün əsas hədəf Tokmak və Melitopol istiqamətində irəliləməkdir.