Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan ən çox ehtiyacı olan ölkələrə taxıl tədarükü variantlarını müzakirə ediblər.

İqtisadiyyat.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, nazirlər, həmçinin Ukrayna ətrafında baş verən son hadisələr və regional gündəliyə dair fikir mübadiləsi aparıblar.

 

Gözəl Həşimova