Səudiyyə Ərəbistanı dekabrın sonuna qədər könüllü olaraq neft hasilatını azaltmağa davam edəcəyini açıqlayıb. Eyni zamanda Rusiya da neft ixracını azaltmağa davam edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak ölkəsinin könüllü neft hasilatının azaldılması qərarını gələn ay nəzərdən keçirəcəyini və neft ixracatının azaldılmasına davam edəcəklərini bildirib.

Novak deyib: "Rusiya sentyabr və oktyabr aylarında qüvvəyə minən gündəlik 300 min barrel neft ixracatının könüllü azaldılması qərarını ilin sonuna qədər davam etdirəcək".