"Rusiyanın Ukraynanın Odessa vilayətinə səhər saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumda liman və kənd təsərrüfatı infrastrukturuna ziyan dəyib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper sosial media hesabından bildirib.

Onun sözlərinə görə, Rusiya səhər saatlarında Odessa vilayətinin İzmail rayonuna PUA-larla hücum edib. Hücum nəticəsində bir neçə yaşayış məntəqəsində dağıntı və yanğın baş verib.

 

Gözəl Həşimova