Ukrayna S-200 raketi ilə Krım körpüsünə hücum etməyə cəhd edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Moskva vaxtı ilə saat 13:00 radələrində Kiyev rejimi S-200 hava hücumundan müdafiə raketi ilə Krım körpüsündə terror hücumuna cəhd edib", - nazirliyin açıqlamasında bildirilir.

Açıqlamada Ukrayna raketinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vaxtında aşkar edilərək havada zərərsizləşdirildiyi, dağıntı və itki olmadığı bildirilib.

Digər tərəfdən sosial mediada paylaşılan videoda Krım körpüsü ətrafında tüstü qalxdığı görünür.

Rusiya Müdafiə Nazirliyi, həmçinin Ukraynanın gecə saatlarında 20 pilotsuz uçuş aparatı (PUA) ilə Krım yarımadasına hücum etməyə cəhd etdiyini və PUA-ların havada vurulduğunu bildirib.

Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən işğal edilib.