Rusiya Ukraynada xloroasetofenon qumbaraatanlarının istifadəsi ilə bağlı iddiaları qəti şəkildə rədd edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Hollandiyadakı səfirliyi "X"də paylaşım edib.

"Rusiya ordusunun arsenalında kimyəvi silah yoxdur", - paylaşımda qeyd edilib.

"Rusiyanın Cenevrə Konvensiyası ilə qadağan olunmuş xloroasetofenonlu qumbaraatanlardan istifadə etməsi ilə bağlı bütün iddialar təsdiqlənməmiş məlumatlara əsaslanır", - deyə diplomatik nümayəndəlik qeyd edib.

Bundan əvvəl bir neçə Ukrayna KİV-i Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatlar zamanı tərkibində xloroasetofenon olan qumbaraatanlardan istifadə etdiyi barədə iddialar səsləndirib.