"Qərb ölkələrinin sanksiyalarına baxmayaraq, xaricdə Rusiya hərbi texnikasına tələbat azalmır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəhbəri Dmitri Şuqayev "Sputnik"ə bildirib.

Onun sözlərinə görə, ölkənin silah sifarişləri portfeli 50-55 milyard dollar səviyyəsində qalır.

Hərbi məhsulların ixracı göndərilmə qrafiklərinə və xarici tərəfdaşlarla bağlanmış müqavilələrə uyğun həyata keçirilib.

 

Gözəl Həşimova