Ukraynadakı münaqişəyə son qoymağa kömək edəcək beynəlxalq təşəbbüslər hazırda yoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu fikri Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Misirin “Əl Qahera” telekanalına müsahibəsində bildirib.

"Əlbəttə, biz hamının, o cümlədən Afrika dövlətlərinin səylərini yüksək qiymətləndirəcəyik. Bilirəm ki, Misirin nümayəndəsi Moskvada Afrika dövlətlərinin nümayəndə heyətinin tərkibində olub. Çinin təşəbbüsü var. Bütün bunlar müsbətdir. Ancaq hələlik bu böhrandan real çıxış yolu verəcək real bir təşəbbüs yoxdur".

"İndi aydındır ki, Ukrayna əks-hücum əməliyyatına başlaya bilməz, əksinə, biz bəzi yerlərdə irəliləyirik. Ukraynaya yardımın belə həcmdə davam edib-etməyəcəyi böyük sualdır”, - səfir bildirib.

Eyni zamanda o, Qərbi planeti üçüncü dünya müharibəsindən xilas edəcək real mövqe tutmağa çağırıb. 

"Münaqişənin eskalasiya ssenarisi üzrə inkişafına gəlincə, bu, əsasən Qərbdən artan silah tədarükündən asılıdır. Siz haqlısınız ki, Rusiya təkcə Ukrayna ilə deyil, həm də müəyyən dərəcədə kollektiv Qərblə müharibə aparmalıdır”, - Kelin hazırkı böhranın bütün dünyanı bürüməsi riski ilə bağlı sualı cavablandırıb.