Rusiya Fövqəladə Hallar Nazirliyi Qəzza zolağının əhalisinə daha 17,5 ton humanitar yardım çatdıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə departamentin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin "İl-76" xüsusi təyyarəsi El-Ariş şəhərinə uçub. Nazirliyin aviasiyası ərzaq, dərman, ədyal, geyimdən ibarət ümumi çəkisi 17,5 ton olan humanitar yardımı çatdıracaq. Humanitar yardım Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə veriləcək.

Ümumilikdə, Rusiya bölgəyə 315 tondan çox humanitar yük çatdırıb.

 

Gözəl Həşimova