"Rusiya Qəzza əhalisinə 245 tondan çox humanitar yardım göndərib və daha bir yardım reysi planlaşdırılır".

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov bildirib.

"Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası təxliyyə ilə yanaşı Qəzza zolağının əhalisinə humanitar yardım da çatdırır. Ümumilikdə, 10 reyslə 245 tondan çox yük bu məqsədlə Misir şəhərinə daşınıb. Humanitar yardıma ərzaq, əsas tələbat malları, gigiyena və dərman vasitələri aiddir",- nazir vurğulayıb.

Kurenkov əlavə edib ki, noyabrın 23-də Rusiya növbəti dəfə Qəzza əhalisinə humanitar yardım reysi həyata keçirəcək.