"Rusiya Qarabağda davam edən gərginlikdən narahatdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Kremlin sözcüsü Dmitri Peskov jurnalistlərə bildirib.

"Rusiya Bakı və İrəvanla təmaslarını davam etdirir və hər iki tərəfi təmkinli olmağa çağırır. Biz gərginliyin səngiməməsindən və hətta bəzi sahələrdə artmağa meylli olmasından narahatıq. Hər şeyə baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır", - deyə o, vurğulayıb.

 

Gözəl Həşimova