Rusiya Müdafiə Nazirliyi Qara dənizdəki Ukrayna limanına doğru hərəkət edən yük gəmisinə xəbərdarlıq atəşi açıb.

İqtisadiyyat.az rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat verib. 

Bəyanata görə, Rusiyanın “Vasili Bikov” patrul gəmisi Qara dənizin cənub-qərbində Palau bayraqlı “Şükrü Okan” quru yük gəmisini aşkar edib. Gəminin Ukraynanın İzmail limanına doğru hərəkət etdiyi müəyyən olunub. Yük gəmisinin kapitanı qadağan olunmuş yüklərin daşınması üçün yoxlama tələbinə cavab vermədiyi üçün Rusiya hərbi gəmisi xəbərdarlıq atəşi açıb.

"Rusiya əsgərlərini daşıyan "Ka-29" tipli helikopter gəminin yoxlanılması üçün havaya qalxıb. Yoxlama qrupunun işi tamamlandıqdan sonra "Şükrü Okan" gəmisi İzmail limanına doğru yoluna davam edib", deyə bəyanatda qeyd olunub. 

Gülşən Şərif