Moskva öz ərazisinin dərinliklərinə zərbələrin endirilməsi ilə bağlı iddiaları diqqətlə izləyir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. 

Onun fikrincə, NATO nə ilə oynadığının fərqində olmalıdır.  

"Rusiya Federasiyasında yüksək dəqiqlikli silahların tətbiqindən danışan Stoltenberq bilməyə bilməz ki, bu cür zərbələr Ukrayna hərbçilərinin iştirakı olmadan, yalnız kosmik vasitələrdən istifadə etməklə həyata keçirilə bilər", - Putin Daşkənddə mətbuat konfransı zamanı deyib.