Rusiyanın şaxələndirilmiş İT şirkətlərindən biri “Sitronics Group” bu il avtonom naviqasiya sistemi olan öz elektrik gəmisini təqdim etməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin prezidenti Nikolay Pojidaev TASS-a bildirib.

"Bu yay, ümid edirəm ki, biz artıq avtonom naviqasiya sistemlərini elektrik gəmilərimizdə istifadə edəcəyik", - o bildirib.

“Sitronics Group”un prezidenti qeyd edib ki, hazırda çay gəmilərində avtonom naviqasiya texnologiyasından istifadənin inkişafı ilə bağlı müzakirələr gedir. O, hımçinin bildirib ki, şirkət bu texnologiyanı təkcə ölkə daxilində deyil, həm də ixrac üçün təklif edəcək.

“Sitronics Group” Rusiya iqtisadiyyatının strateji sektorlarının rəqəmsal transformasiyası, rəqəmsal həllərin işlənib hazırlanması və biznes və hökumət üçün irimiqyaslı layihələrin həyata keçirilməsi üzrə ixtisaslaşan Rusiyanın şaxələndirilmiş İT şirkətlərindən biridir. Şirkət ağıllı şəhərlər, təhlükəsizlik və nəqliyyat, iqtisadiyyatın strateji sahələrinin rəqəmsallaşdırılması, gəmiçilik, dəniz naviqasiyası üçün kompleks həllərin tətbiqi ilə məşğul olur, öz brendi altında İT avadanlıqları istehsal edir, rəqəmsal və peyk monitorinq xidmətləri göstərir.