"Rusiyaya elə şərait yaradıblar ki, o, öz maraqlarını güc yolu ilə müdafiə etməyə məcburdur".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının qurultayında bəyan edib.

"Bizim yaşadığımız şəraiti hər kəs anlaya bilər. Ölkə öz maraqlarını, xalqını, gələcəyini, suverenliyini güc yolu ilə müdafiə etməlidir. Burada lazımsız sözlər yoxdur", - deyə Putin bildirib.