Rusiya baş nazirinin müavini Aleksandr Novak ölkəsinin gündəlik neft ixracatını könüllü olaraq 300 min barel azaltma qərarını ilin sonuna qədər uzatdığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Novak paytaxt Moskvada jurnalistlərə açıqlama verib. 

"Könüllü olaraq gündəlik neft ixracatının 300 min barel azaldılması qərarı ilin sonuna qədər uzadılıb. Qərar OPEC+ ölkələrinin neft ixracatını neft bazarlarında sabitlik və tarazlığı saxlamaq üçün gördüyü ehtiyat tədbirlərini gücləndirmək məqsədi daşıyır", - Novak deyib.