Şənbə günü Rumıniya hakimiyyəti bir həftə ərzində NATO üzvü olan ölkənin ərazisində məhv edilmiş pilotsuz uçuş aparatlarının (PUA) ikinci partiyasını tapıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, bundan sonra Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. 

Qeyd edilib ki, müvəqqəti işlər vəkili həmin pilotsuz vasitələrin rus ordusunun istifadə etdiyi PUA-lara bənzəməsi səbəbindən səfirliyə dəvət edilib. 

Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın NATO üzvü Rumıniyanı hədəfə almaq niyyətində olduğuna dair heç bir əlamət olmasa da, Rusiyanın sərhəd yaxınlığında endirdiyi zərbələrin “sabitliyi pozduğunu” deyib.