"Meta" Korporasiyasının mətbuat katibi Endi Stoun cinayət işi üzrə axtarışa verilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Stoun Endi Mark Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib", - məlumatda deyilir. 

Qeyd edək ki, 2022-ci ilin martında Rusiya Federasiyasının İstintaq Komitəsi "Meta" əməkdaşlarının ruslara qarşı zorakılıq və qətl çağırışları ilə bağlı cinayət işi açıb.

Həmin vaxt şirkətin mətbuat katibi Endi Stoun sosial şəbəkədə elan edib ki, Meta öz platformalarında Rusiya hərbçilərinə qarşı zorakılıq çağırışlarına qoyulan qadağanı müvəqqəti olaraq ləğv edib və bunu siyasi özünüifadə forması adlandırıb.