Rusiya Mərkəzi Bankı "maliyyə bazarlarındakı dalğalanmaları azaltmaq üçün" ilin sonuna qədər daxili bazarda xarici valyuta alışını dayandırmaq qərarına gəldiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı açıqlama yayıb.

Açıqlamada bankın büdcə qaydalarına uyğun olaraq avqustun 10-dan ilin sonuna qədər daxili bazarda valyuta alışlarını dayandıracağı bildirilib.

Qərarın maliyyə bazarlarındakı dəyişkənliyi azaltmaq üçün verildiyi vurğulanaraq, maliyyə bazarlarındakı vəziyyətdən asılı olaraq valyuta alışlarının bərpa oluna biləcəyi qeyd edilib.

Rusiyanın büdcə qaydalarına əsasən, neft və təbii qaz gəlirləri azalan zaman Milli Rifah Fondundan valyuta satılır, gəlirlər artdıqda isə valyuta alınır.