"Rusiya Maliyyə Nazirliyi mövcud vəziyyət fonunda daha sərt valyuta nəzarətinin tərəfdarıdır. Hazırda Mərkəzi Bankla müzakirələr gedir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Maliyyə naziri Anton Siluanov deyib.

"Əvvəllər Mərkəzi Bank valyuta nəzarəti məsələsinə çox ciddi riayət edirdi və bizdə əksinə idi. Maliyyə Nazirliyi valyuta məsələlərində daha liberal idi. İndi vəziyyət dəyişib. Biz valyuta axınına nəzarət etmək üçün daha sərt tədbirlərin tərəfdarıyıq. Baxmayaraq ki, Mərkəzi Bankın mövqeyi daha liberaldır", - nazir qeyd edib. 

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina valyuta nəzarəti tədbirlərini zəruri hesab etdiyini, ancaq bu addımla Rusiyanın iqtisadi tərəfdaşları üçün əlavə çətinliklər yaratmaq istəmədiyini bildirib.