"Kubalıları Ukraynadakı müharibəyə cəlb edən insan alveri şəbəkəsi aşkar edilib"

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kubanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, sözügedən şəbəkə Kuba vətəndaşlarını Rusiya tərəfində döyüşmək üçün Ukraynadakı müharibəyə cəlb edir. Söhbət həm Rusiyada, həm də Kubada yaşayan vətəndaşlardan gedir. Rəsmi Havana Rusiya tərəfinin bu addımından qəti narazıdır. Ölkənin Xarici İşlər naziri Bruno Rodrigez X platformasındakı paylaşımında hökumətin insan alveri ilə məşğul olanlara qarşı cəza tədbirlərini gücləndirdiyini dilə gətirərək Kubanın Ukraynadakı müharibənin bir hissəsi olmadığını vurğulayıb. 

Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, Rusiyada fəaliyyət göstərən və Kuba vətəndaşlarını Ukraynadakı müharibəyə cəlb edən insan alveri şəbəkəsinin zərərsizləşdirilməsi istiqamətində işlər aparılır.

Rəsmi Moskvadan sözügedən ittihamlarla bağlı hər hansı mövqe bildirilməyib.