"Ukraynanın Krım körpüsünə və Krım yarımadasına hücum cəhdləri pislənilməlidir və bu hərəkətlər cavabsız qalmayacaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. 

“Bu hücumları şiddətlə qınayırıq. Krım körpüsü sırf mülki infrastrukturdur və ona hücumlar qəbuledilməzdir. Ötən ilin payızından körpü bu cür hücumlara məruz qalır. Hücumlar mülki əhalinin ölümünə səbəb olublar”, - Zaxarova qeyd edib.

“Belə təxribat hərəkətləri beynəlxalq ictimaiyyətə bir daha göstərir ki, Kiyev rejiminin əsl siması nədir. Bu cür vəhşi hərəkətlərə haqq qazandırmaq olmaz və bu, cavabsız qalmayacaq”, - rus diplomat əlavə edib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın S-200 raketləri ilə iki dəfə Krım körpüsünə hücum etdiyini açıqlayıb.

Nazirlik Ukraynanın gecə saatlarında 20 pilotsuz uçuş aparatı (PUA) ilə Krım yarımadasına hücum etməyə cəhd etdiyini və PUA-ların havada vurulduğunu bildirib.