ABŞ və Rusiya arasında ticarət dövriyyəsi sanksiyaların tətbiqindən sonra minimum səviyyəyə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Siyahıyaalma Bürosu məlumat yayıb.

Məlumata görə, bu ilin iyul ayında iki ölkə arasında ticarət dövriyyəsi 277 milyon dollar təşkil edib. Bu da ötən ilin fevral ayı ilə müqayisədə 11 dəfə azdır.

Qeyd edək ki, 2021-ci ildə ABŞ Rusiyanın ən böyük ticarət tərəfdaşları arasında beşinci yeri tutub.

 

Gözəl Həşimova