Rusiyanın 31 hava limanı pilotsuz uçuş aparatlarının (PUA) aşkarlanması və onlara qarşı mübarizə vasitələri ilə təchiz ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin hava məkanından istifadənin təşkili departamentinin rəhbəri Sergey Martınenkoy bildirib.

Onun sözlərinə görə, limanlar hava nəqliyyatının informasiya təhlükəsizliyi sistemlərindən istifadə etməklə dron hücumlarından qorunacaq. Ümumilikdə 31 hava limanı qoruyucu vasitələrlə təchiz olunacaq.

 

Gözəl Həşimova