Rusiya Federasiyası və Gürcüstan sərhədində 914 yük maşını toplanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Şimali Osetiya baş nazirinin müavini İrbek Tomaev bildirib.

Yük maşınlarının əksəriyyətinin xüsusi dayanacaqlarda yerləşdiyi qeyd edilib. O həmçinin bildirib ki, fevralın 5-dən 11-dək Rusiya Federasiyası ilə Gürcüstan quru sərhədindən 12 mindən çox avtomobil və 26 mindən çox insan keçib.