Rusiyada dünyanın ən böyük axtarış sistemi "Google" cərimələnib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, "Google" rusiyalı istifadəçilərin şəxsi məlumatlarını ölkə daxilində saxlamadığına görə 15 milyon rubl cərimələnib.

Şirkətə qarşı açılan işə paytaxt Moskvada baxılıb.

Qeyd edək ki, "Google" əvvəllər də oxşar səbəblərə görə cərimələnib. Şirkətin Rusiyadakı törəmə şirkəti də maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün ötən il iflas proseduruna başlayıb.