Rusiya Mərkəzi Asiya ölkələrinə və Ermənistana qarşı sanksiyalar tətbiq edə bilər.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina deyib.

Onun fikrincə, Rusiya fövqəladə tədbirlərə görə və "Mir" kartlarına xidmət göstərməyi dayandıran ölkələrə qarşı sanksiyalar tətbiq edə bilər.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstan, Ermənistan, Özbəkistan və Qırğızıstan bankları ABŞ-nin sanksiyaları səbəbindən Rusiya kartlarına xidmətin dayandırıldığını bəyan edib.