Rusiya Ermənistana 15 min ton benzin və 20 min ton dizel yanacağı tədarük etməyə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Ermənistanda neft məhsulları qıtlığı ilə bağlı vəziyyət ağırlaşıb. Ermənistan rəhbərliyinin müraciətinə cavab olaraq, Rusiya ölkənin ehtiyac duyduğu neft məhsullarını tədarük etməyə başlayıb", - məlumatda deyilir.

 

Gözəl Həşimova