Rusiya iki xüsusi təyyarə vasitəsilə zəlzələdən zərər çəkmiş Əfqanıstan əhalisinə 40 tona yaxın humanitar yardım göndərib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Məlumata görə, Rusiya Heratda baş vermiş dağıdıcı zəlzələdən əziyyət çəkən Əfqanıstan xalqına humanitar yardım göstərməkdə davam edir.

Xatırladaq ki, oktyabrın 7-də Herat şəhərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

 

Gözəl Həşimova