Rusiya Dövlət Duması İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı ABŞ və Almaniyaya müraciət hazırlayacaq. 

İqtisadiyyat.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin müvafiq göstəriş verib.

Onun sözlərinə görə, təyyarənin vurulmasında hansı raketlərdən və buraxılış qurğularından istifadə edildiyi müəyyən edilməlidir.

Xatırladaq ki, bu gün Rusiya Müdafiə Nazirliyi ölkənin Aerokosmik Qüvvələrinə məxsus İl-76 hərbi nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğradığı barədə məlumat yayıb.

 

Əli Ağayev