"Əvvəllər elan edilən 13 bankın hamısı rəqəmsal rublu sınaqdan keçirməyə başlayıb. Artıq bir neçə min real əməliyyat həyata keçirilib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının sədrinin birinci müavini Olqa Skoroboqatova jurnalistlərə bildirib.

"Adlarını çəkdiyimiz 13 bank müştərilərinə rəqəmsal rubl pul kisəsi açmaq və əməliyyatlar aparmaq xidmətini təklif etməyə başlayıblar. Deməliyəm ki, biz artıq bir neçə min əməliyyatı tamamlamışıq”, - deyə o vurğulayıb.

Skoroboqatova həmçinin bildirib ki, rəqəmsal rubldan oflayn rejimdə istifadə imkanları 2024-cü ilin sonunda həyata keçirilə bilər.